9/10
·176 syf.··
2026 22. kitabı
·
29 saatte okudu
·
Okunma: 15 Ocak 2026 03:46
Bəzi kitablar var, sanki səni sarsıtmaq, sənə bir şeyi dərk etdirmək üçün yox, səssizcə sənin də fərqində olmadan qəlbində yer salmaq üçünyazılıb. Kürk Mantolu Madonna da mənim üçün məhz belə bir əsərdir. Raif Efendinin susqunluğu, hər şeyə laqeyd yanaşması bir çox insanı əsəbiləşdirə bilər, amma səhifələr irəlilədikcə anlayırsan ki, onun susması laqeydlikdən yox, dərin bir keçmişdən qaynaqlanır. Maria Puder isə dövrünün fövqündə olan, güclü və sərhədləri olan bir qadın obrazıdır. Buna baxmayaraq kitab irəlilədikcə onun da necə həssas bir qəlbə sahib olduğunu görə bilərik. Onların sevgisi yüksək səslə deyil, baxışlarla və sükutla danışır. Bu kitab mənə bir şeyi xatırlatdı: bəzən insan həyatında bir dəfə sevir və o sevgi bütün ömrünü formalaşdırır. Oxuyub bitirdikdən sonra uzun müddət təsirindən çıxa bilmədiyim, içimi qəribə bir boşluqla dolduran nadir əsərlərdən oldu.
Edebiyat
Kürk Mantolu MadonnaSabahattin Ali · Türkiye İş Bankası Kültür Yayınları · 2022376,3bin okunma
·
7 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.