Gönderi

Laurie Gilmore | Yılbaşı Ağacı Çiftliği
9/10
·320 syf.··
2026 1. kitabı
·
7 günde okudu
·
Okunma: 15 Ocak 2026 22:25
2026-cı ilin ilk kitabı. Yeni ildən əvvəl oxumaq istəsəm də, vaxt azlığından yeni ildən sonra oxumağa başladım. Mən Yeni il ərəfəsində axıcı, beyin yormayan kitabları oxumağı çox sevirəm. Əslində belə kitablar üçün böyük bir gözləntim olmur, amma yazarın kitabda yaratdığı atmosferi çox sevdim. Oxuduqca, təbii ki paralelində xəyal etdikcə, çox şirin və xoş hislər bürüyür insanı. Tam o yeni il istiliyini keçirə bilir. Kira North, zəngin ailənin heç bir əzab-əziyyət görmədən böyüyən qızıdır. Əkiz bacısının evlənib getməsi ilə böyük bir əskiklik hiss edir və ani qərarla bir çiftlik evi alır. Rahat həyatını geridə qoyub gəldiyi yer isə çox şən, çox əyləncəli Dream Harbor-dur. Axıcı dili var və əvvəldə də dediyim kimi, yazar Yeni il ruhunu və atmosferini oxucuya ötürə bilir. Oxuduqca özümü gah çiftlikdə, gah Jennie-nin şirniyyat mağzasında, gah da Loganın nənə-babasının evində Dream Harbor-un maraqlı, çılğın insanları ilə birlikdə hiss etdim.
Edebiyat
Yılbaşı Ağacı ÇiftliğiLaurie Gilmore · Juno Kitap · 2025430 okunma
·
21 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.