Lacan- Postfeminizm üzerine
Puan vermedi·81 syf.··
2025 43. kitabı
·
8 saatte okudu
·
Okunma: 30 Aralık 2025 20:44
Lacan ve Postfeminizm əsəri Jacques Lacan ’ın psixoanalizini postfeminist nəzəriyyə ilə birləşdirərək qadın kimliyi, individuallıq və subyektivliyin necə qurulduğunu araşdırır. Lacan’a görə subyekt dil və simvolik nizam içində formalaşır; bu isə “mən”in sabit və bütöv olmadığını göstərir. Postfeminizm bu fikirdən çıxış edərək qadını bioloji mahiyyət kimi deyil,diskurslar və güc münasibətləri ilə formalaşan dəyişkən bir kimlik kimi oxuyur. Kitab individuallığın hazır verilmiş olmadığını, arzu və “digərlərinin baxışı” ilə qurulduğunu vurğulayır. Lacan’ın “Qadın yoxdur” tezisi,(La femme n’existe pas) tezisinə görə uzun müddət qadın düşməni(misogynist)kimi yargılanıb.Bunun əsas səbəbi bu ifadənin çox vaxt kontekstdən qoparılaraq oxunmasıdır.) qadının inkarı deyil, universal qadın kimliyinin mümkünsüzlüyü kimi şərh edilir, yəni bəsitcə qadınlara məxsus olduğu kimi varsayılan, "qadın kimi davran"-kimi düşüncə və fərziyyələr sadəcə toplumun yarğıları və gözləntilərindən ibarətdir. Nəticədə əsər kimlik və qadınlıq anlayışlarını sabit kateqoriyalar kimi deyil, daim yenidən qurulan proseslər kimi düşünməyə çağırır.
Felsefe-Düşünce
Lacan ve PostfeminizmElizabeth Wright · Everest · 200225 okunma
·
16 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.