10/10
·208 syf.··
Beğendi
·
2026 1. kitabı
Müəllim olmaqmı , yoxsa müəllimlik etməkmi? Cəmiyyətimizin şərqə xas emosiyanallığını, cəhalətini nəzərə alsaq, müəllimlik günlə, testlərlə, kağızlarla bitmir. Müəllim olmaq insan kommunikasiyasîdır, empatiyadır ki, bunu uşaq evdən sonra ikinci öyrəndiyi yer məktəblərdə biz müəllimlərdir. Bu anlayışların arasında incə fərq var. Biri canını qoyur can olur, digəri isə vəzifəsini görür və gün bitir. "Müəllim olmaq" kitabı da məlumat kitabı deyil, "niyyət və daxili mövqe kitabıdır". Ona görə də əsas sual budur: Müəllim kimdir və özündə nəyə köklənməlidir? Müəllim özünü tanımaq istəyirmi? Uşaqların şəxsiyyət kimi inkişafını həqiqətən önəmsəyirmi? Şagirdlərin onu gördükdə sevinc hissi yaşamasını arzulayırmı? Dərsi sadəcə “keçmək” yox, effektiv şəkildə qurub gördüyü işdən həzz almaq istəyirmi? Və bütün bunları edərkən uşaqlarla etibarlı bağ qura, bu bağ üzərindən sağlam və etibarlı mühit yarada bilirmi? Ən əsas sual isə budur: bütün bunlardan əvvəl müəllim özünü tanıyırmı? Mənə görə müəllimin əvvəlcə “ özünü tam tanımış” olması şərti bir qədər absurddur. Çünki, insan yaşadığı müddətcə daim irəli gedir — yaşda da, fiziki durumunda da, davranışda da. Biz fiziki olaraq dəyişdiyimiz kimi, fikirlərimizi və münasibətlərimizi də inkişaf etdirməliyik. Deməli, özünü tanımaq hansısa peşəyə başlamaq üçün son bir nəticə yox, davam edən bir proses olmalıdır. İnsanın həyatda iz qoymaq gücü var və bu güc onun varoluş məqsədi ilə bağlıdır. Müəllimlik isə bu məqsədin ən məsuliyyətli formalarından biridir. Biz keçmişə çox bağlıyıq. Keçmişin vərdişlərini, düşüncə tərzini bu günə daşıyırıq və çox zaman mūasir dövrdən şikayətlənirik. Halbuki məsələ keçmişi inkar etmək yox, "keçmişlə bu günü sintez edə bilməkdir". Son dövrlərdə Türkiyədə belə müəllimlərin özlərini inkişaf etdirə biləcəyi, müasir dövrə uyğun, yol göstərən kitabların keyfiyyəti müzakirə olunur. Təəssüf ki, məncə, bu vəziyyət bizdə də oxşardır. Müəllimlər üçün Azərbaycan bölməsi üçün keçmişdən gələn kifayət qədər praktik, düşündürücü, istiqamət verən mənbələr ya yoxdur, ya da yetərincə deyil. Ancaq Türkiyədə 40-90-cı illərdə bu olub. Və indi də o kitablar faydalıdır. Bu baxımdan bu Kitabın müəlliflərindən biri olan İrfan Erdoğan keçmişlə bu gün arasında körpü qura bilən, hər iki dövrü anlayan və onları birləşdirə bilən müəllimdir. Ən əsası isə bunu müzakirə etməyi, yazmağı və paylaşmağı bacarır. Bəs bizdə bu səviyyədə düşünən, bu mövzuları açıq şəkildə müzakirə etmək istəyən psixoloq və ya müəllim varmı? Iz qoymaq istəyən varmı? Məncə, dəyişmək üçün ilk addım müəllimin – bəlkə də psixoloqun – öz vəzifəsini yenidən düşünməsi, mövqeyini müəyyənləşdirməsidir. Ancaq bu zaman biz gələcəyə sağlam baxa, güvənli münasibətlər qura və "gözəl şəxsiyyətlər yetişdirə bilərik".
Öğretmen OlmakDoğan Cüceloğlu · Final Kültür Sanat Yayınları · 20138,5bin okunma
·
13 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.