Yeonnam-dongun Neşeli Çamaşırhanesi" 9/10
Kitab doğrudan da türklərin dediyi kimi, mənə çox “sıcak” hiss etdirdi. Elə bil həyatın özünü oxuyurdum.
Hər şeydən öncə kitabın üz qabığı o qədər huzurlu hiss etdirir ki, o çamaşırxanada olub o gündəliyi yazmağı çox istədim. Hətta o çamaşırxananın qoxusunu belə təxminən hiss etdim.
Kitabda gündəlik həyatın yorğunluğu içində öz şəxsi həyatını unudan analar var, iyirmili yaşlarında olub nəsə əldə etməyə çalışan gənclər var. Ümidlər var, ümidsizliklər var. Hər zaman rast gəldiyimiz pis insanlar da, ata–oğul münasibətlərində illərlə dilə gətirilməyən sözlər, soyuq məsafələr də…
Əsas fikir isə çox sadə, amma çox dərin idi: həyat bir-birimizə kömək etməkdən ibarətdir.
İnsan hər zaman birinə, ya da birilərinə ehtiyac duyur. Bu həyatdır — problemlər olur, qərəzlər olur, peşmanlıqlar olur. Amma ən önəmlisi odur ki, belə günlərdə yanında doğrudan güvəndiyin, səni yaxşı hiss etdirən insanlar olsun.
Ən gözəl halda bu insanlar ailə olur. Amma ailə olmasa belə, sənə ailə kimi hiss etdirən insanlar mütləq qarşına çıxır. Əsas məsələ onları itirməmək, bir-birimizə hayan, dayaq ola bilməkdir. Çünki ancaq o zaman həyat yaşamaqdan zövq aldığımız bir yerə çevrilir.
Məncə kitabxananızda olması gərəkən kitablardan biridir Yeonnam-dong'un Neşeli Çamaşırhanesi