Gönderi

1/10
·600 syf.··
2026 3. kitabı
Öznur Yıldırımın qələmə aldığı bu kitabda hər cür zorakılıq var və müəllifdə daxil olmaqda bir kütlə bu xarakteri kor koranə müdafiə edir...Oxucu kitləsi 13-18 yaş arası olduğu və çox şeydən xəbərsiz olduqları üçün bu vəziyyətə etiraz etmək əvəzinə, kitabı daha çox seviblər.. Bu yaşda olan uşaqlar oxuduqları obrazları özlərinə ideal seçirlər. Əgər onlar zorakı bir obrazı (Ediz kimi) "cool" və "çətin adam" kimi görüb ona aşiq olurlarsa, gələcəkdə real həyatda da onlara pis davranan insanları "sevgi" bəhanəsi ilə bağışlaya bilərlər. Bu cür kitablar çox vaxt peşəkar redaktə və psixoloji süzgəcdən keçmədən çap olunur. Sırf "çox oxunur" deyə belə ağır mövzuların (təcavüz, qaçırılma) məsuliyyətsizcə işlənməsi cəmiyyətdə zorakılığın normal qəbul edilməsinə (normalizasiya) xidmət edir.. ​Kitablardakı vəziyyət klassik Stokholm Sindromuna (əsirin özünü qaçıran şəxsə rəğbət bəsləməsi) bənzəyir. Problem ondadır ki, gənc oxucular üçün yazılan əsərlərdə bu vəziyyət bir "xəstəlik" kimi deyil, "böyük bir sevgi hekayəsi" kimi romantikləşdirilib...Cəmiyyətdə qadına qarşı zorakılığın artdığı bir dövrdə, zorakılığı "cool" göstərən, qatili və təcavüzkarı "eşq qəhrəmanı"na çevirən bu növ kitabların ən çox satanlar siyahısında olması çox üzücüdü.. Doğrudur sənət və ədəbiyyat azad olmalıdır, amma xüsusilə gənclərə xitab edən əsərlərdə cinayət və zorakılıq "arzulanan bir şey" kimi təqdim edilməməlidir. Sevgi hörmət, etibar və təhlükəsizlik üzərində qurulmalıdır, qorxu və təhdid üzərində deyil..Ölkəmizdə heç kimə ziyanı olmayan, sadəcə içində LGBT fərdi olduğu üçün qadağan edilən kitablar varkən, içində zorakılıq olar bu cür kitabların ən çox satanlar siyahısında olmasııı ayrı bir mövzudu.. Kitablarda həddindən artıq betimleme var idi yazar içdiyi suyu bele betimlemişdi.. və çooox 'cringe' yazılarla boş cümlələrlə dolu idi.. qısacası vaxt itkisi idi..
Yabancı - ŞahmeranÖznur Yıldırım · Pegasus Yayınları · 20167,9bin okunma
·
36 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.