Hər insan bir cinayəti təsəvvür edə bilər. Amma çox az adam onu törədəcəyini düşünər. Daha azı isə törətdiyini qəbul edə bilər. Bəs sən cinayət törətmisən, amma bunu xatırlamırsansa? Bütün izlər səni göstərir, amma yaddaşın səni susqunluqla qarşılayırsa? Hətta cinayətlə bağlı yeganə şahid sənin öz beynindirsə? Onda sən özünə inanacaqsan, yoxsa faktlara?! Vicdanına, yoxsa qana batmış əllərinə?! Səninlə danışan səslərə, yoxsa susan yaddaşına?! Gördüklərinə, yoxsa görmədiyin amma hiss etdiyin bir şeyə?! İçində səssiz bir savaş başlayıb-həqiqətlə illüziya arasında. Və beynində donub qalan bir cavabsız sual: Mən qatiləm?!
Ehtiram Babaşov