Gönderi

Puan vermedi·80 syf.··
2026 2. kitabı
Salam, axşamınız xeyir . Bu gün sizinlə Stefan Zweigin "Bir qadının həyatından 24 saat" əsəri haqqında olan fikirlərimi bölüşəcəyəm. Stefan Zweigin "Bir qadının həyatından 24 saat" əsəri 1927-ci ildə yazılmışdır. Əsər qısa olsa da, olduqca təsirlidir. Əsərdə bir qadının həyatının sadəcə 24 saatında olan duyğulara, hadisələrə yer verilib. Zweig əsərdə qadın duyğularının necə güclü olduğunu ifadə edib. Bu əsərdə qumar asılılığı ilə eşq ehtirasını paralelləşdirilir. Səni dəyərsiz görən birini sevmək zülmdür. Əsərdə də deyildiyi kimi "Uğruna bütün hayatımı bir kenara atmaya hazır olduğum bir insan için, elinin tersiyle kovalayacağı bir sinek kadar değerim yoktu". Əsərdə qadının sadəcə "24 saat"-ı təsvir olunmuşdur. Amma bu "24 saatı" ömür boyu unuda bilməyəcək. Həyatda zaman deyil, emosiyalar yaddaşımızda iz qoyur Roman cəmiyyətin "əxlaq" anlayışına tənqidi yanaşır. Əsərdəki obraz isə bu hadisələrin arxasındakı duyğuları görməyə çalışır. Hər kəsə anlayışla, humanizmlə yanaşır. Əsər oxunaqlı, dili sadə və qısa idi. Süjet də maraqlı idi. Sadəcə duyğular, məncə, daha əhatəli ifadə oluna bilərdi. Qiymətləndirmə: 7/10
1000Kitap
Bir Kadının Yaşamından Yirmi Dört SaatStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2024150,9bin okunma
·
14 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.