Anna ilə başlamayıb Annasız bitən bir kitab- Anna Karenina
Puan vermedi·1062 syf.··
2026 2. kitabı
·
69 günde okudu
·
Okunma: 26 Ocak 2026 08:35
Kitaba daxil olacağı anı gözləmişdim və nəhayət, gəlmişdi. Amma təsəvvür edə bilməmişdim. Bir də gedişi var idi. Bax, bu gediş onun yeni həyatına giriş idi. . Daha çox başqalarına bələd olduğum Anna Karenina əsərində Annanı başa düşə biləcəyim, hisslərinə toxunacağım, yaxud, onu beynimdə canlandıra biləcəyim bu boyda qalın kitabda Annanın hissləri barədə cəmisi 100 vərəq oxudum. . Kim idi , Anna? . Qardaşı -Stepan Arkadiçə görə ləyaqətli, zavallı, Əri- Aleksey Aliksandroviçə görə -xəyanətkar, sonunu fikirləşməyən, Dolliyə görə -nə istədiyini bilən, Sevgilisi -Vronskiyə görə onun aşiq olduğu yeganə qadın, Kitiyə görə sevdiyini əlindən alan qadın, Levinə görə portiretində göründüyü kimi gözəl olmasa da realda cazibədar olan bir qadın..... Cəmiyyət isə onu pozğun adlandırırdı.... . Mən isə Annanın həm qadınlıq hisslərini ,həm də analıq hisslərini qarşılaşdırıb ona heç bir sevgisində haqq qazandıra bilmədim, amma ad da qoya bilmədim. . "Qatarda" başlayıb elə "qatarda " da bitən bu məhəbbətdə yeganə günah Annanın özünə olan inamsızlığı, məhəbbətin ona verdiyi acizlik və özünü -- samballılığını itirdiyi həmin an oldu. Özündən geridə heç nə qoymayan Anna özündən də əl çəkdi..... Bu belə özü üçün yox, sevdiyini cəzalandırmaq üçün edilmiş --qisas məqsədli bir iş idi..... . . Tolstoyun Annanın ölümünə bu qədər ağlayandan sonra hələ 100 vərəq də yazmağa davam etməsi mənə qəribə gəldi. Axı, cəmiyyət bu ölümü yox, Tolstoyun reaksiyassından danişırdı. . Kitabın sonunda Levinin dini inancının yaranması, günahlarını, ölümü, sevgini, ailesini dilə gətirməsi, Levinin əslində Tolstoyun özü olmasını fikirləşməyimə səbəb oldu. . Anna isə onun üçün bir günah idi.
Alıntı
Anna KareninaLev Tolstoy · Türkiye İş Bankası Yayınları · 202555,6bin okunma
·
164 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Çoxları romanın əsas qəhrəmanının Anna olduğunu düşünsə də, əslində, əsərin ideya mərkəzində Levin obrazı dayanır. Düzgün fikirləşmisiniz, Tolstoy Levinin simasında öz daxili dünyasını, Kitti obrazında isə həyat yoldaşı Sofya Andreyevnanın mənəvi-əxlaqi xüsusiyyətlərini əks etdirmişdir.
Ulkerizm
Gönderi Sahibi
Anna ise yasaya bilmedikleri, yasadiqlari, gunahlari idi. Gunahindan qurtuldu .
69 gün az deyil e ))
Ulkerizm
Gönderi Sahibi
Ays caneee😅😅