Gönderi

10/10
·512 syf.··
2025 2. kitabı
Rus kazakları ilə mübarizənin aparıldığı, keçmiş bəylik dövrü, ailə münasibətləri və bir çox digər məqamların təsvir olunduğu təsirli bir roman. Və əsərin qəhrəmanı-ədəbiyyatımızın ən ziddiyyətli obrazı Cahandar ağa! Cahandar ağa paradoksal bir obrazdır. Həmişə əxlaqdan, namusdan danışan Cahandar ağa başqasının arvadını qaçırır, öz etdiyi hərəkəti oğlu edəndə onunla düşmən olur, bir tərəfdən təhsili, maarifi dəstəklədiyi halda insanlara qarşı sinfi ayrı-seçkilik etməklə öz ağa mövqeyini büruzə verir. Ancaq məsələ burasındadır ki, bütün bunların fonunda Cahandar ağaya yaxşı və ya pis deyə bilmirik. İ. Şıxlı bu obrazı elə dolğun, elə canlı yaradıb ki, ona qəti şəkildə "yaxşıdır" və ya "pisdir" deyə bilmirik. Əsəri oxuduqca obrazın daxili aləmini, keçirdiyi hissləri elə dərindən hiss edirik ki... Məsələn, Cahandar ağa özlüyündə etdiyi səhvi, bu səhvin nələrə səbəb olduğunu anlayır, peşmanlıq keçirir. Müəllif onun bacısını öldürdüyü səhnəni elə canlı təsvir edib ki, sanki həmin anda Cahandar ağanın üzündəki kədəri, qəhər hissini görə bilirik. Cahandar ağa real insanıdır, yaxşısı ilə, pisi ilə real insan. Bəlkə də bütün insanlar kimi... Əsərin ən təsirli səhnələrindən biri də Cahandar ağanın ölüm səhnəsidir. Düşmənə təslim olmasın deyə özünü Kürün sularında boğan məğrur qəhrəman... Cahandar ağa kimi əzəmətli obraza da ancaq bu cür ölüm yaraşardı.
Dəli Kürİsmayıl Şıxlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20141,110 okunma
·
31 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Təbiət təsvirləri və Kür... Möhtəşəm idi✨