Səfi oxudu ki, Cek London özünü öldürüb və “Həyat eşqi”ni yazan bir adamın 40 yaşında özünü öldürməsi o zaman onu heyrətə gətirmişdi, bu heyrətdə, eyni zamanda, pis bir nigarançılıqla, müdhiş bir ərəfə hissi ilə dolu qorxu var idi.
...Hər şey qocalır dünyada, hər şey yox olub gedir, ancaq hisslər qocalmır...insan hiss-həyəcanları, insan ehtirasları, insan ürəyinin çırpıntıları, görünür, daimidir...
Aydın məsələdir ki, dünyanın ən qəmgin yerlərindən biri qəbirstanlıqdır, amma Bakıdan gələn və elektrik qatarı yolunun sağında, sovet vaxtı tikilməyə başlamış və o vaxtdan bəri tikintisi yarımçıq qalmış bir binanın arxasında salınmış bu qəbirstanlıq həm də, yəqin, dünyanın ən kasıb qəbirstanlığı idi.
Buradakı qəbirlərin başdaşı həmin yarımçıq tikintinin divarlarından sökülüb-qoparılıb gətirilmiş kubik daşlar bu kiçik qəbirstanlığa elə bir abu-hava verirdi gətirmişdilər ki, elə bil, bu qəbirlərin özləri də qaçqın idi, hardansa qaçıb gəlmişdilər.