·289 syf.··Beğendi
···Okunma: 28 Ocak 2026 16:47 Azərbaycan ədəbiyyatında postmodernizmin əsas nümayəndələrindən biri Kamal Abdulla, bu istiqamətdəki mühüm əsərlərdən biri isə “Yarımçıq əlyazma” romanıdır.
Yazıçı bu romanda iki xətt üzrə - Dədə Qorqud dastanı və Şah İsmayıl Xətai xətti əsasında klassik mətnləri, mövzuları yenidən quraraq postmodern bir nümunə yaratmışdır.
Əsərin üslubu diqqətəlayiqdir. Yazıçının “əlyazma” anlayışına yüklədiyi yarımçıqlıq ideyası olduqca uğurlu təsir bağışlayır.
Əsəri ədəbi forma baxımından yüksək qiymətləndirsəm də, əlyazmanın böyük hissəsini təşkil edən Dədə Qorqud xəttini sevə bilmədim. Şah İsmayıl Xətai ilə bağlı xətt nisbətən qısa olsa da, məhz bu hissə daha maraqlı və təsirli idi.