·172 syf.····Okunma: 28 Ocak 2026 19:49 Kitabda 14 hekayə var, bəziləri çox qısadı,bəziləri 10+ səhifədir.Ümumi olaraq bəyəndim kitabı.Ən çox bəyəndiyim hekayə Leoqrinin ölümü idi.Daha düzgün desəm,mənə ən çox təsir edən bu hekayə idi.Bir neçə hekayəni anlamadım,ola bilsin ki,alt mətnində nəsə çatdırmağa çalışıb yazıçı,ancaq təəssüf ki,mən açıq şəkildə yazılmayınca,anlamıram yazıçı orda nə deməyə çalışır.Əsərdə bir neçə kitab obrazından və çoxlu rəsm əsərlərinin adı çəkilir, internet daima olmadığından,o əsərlərə bir-bir baxa bilmədim,amma baxılaraq oxunsa məncə daha yadda qalan olar.