Gönderi

9/10
·263 syf.··
2026 2. kitabı
·
5 günde okudu
·
Okunma: 30 Ocak 2026 23:02
"Sizi Tekrar Görmek" kitabı "Bəlkə də bu həqiqətdir" kitabının davamıdır. Kitabın ilk hissəsini bir il öncə oxumuşdum və kitabın natamam sonluqla yazıldığını düşünüb təəssüflənmişdim. Gəl gör ki yazar 2-ci hissəsini də yazıbmış. Sadəcə düz 1 il sonra bundan xəbərim oldu və ikinci kitabı oxumuş biri olaraq ilk kitabı bitirəndəki natamamlıq hissim yerini rahatlıq hissi ilə əvəz etdi ^_^ Onu da qeyd edim ki, ilk kitab olan "Bəlkə də bu həqiqətdir" romanı filmə çəkilib. Filmin adı: "Just like heaven". Amma filmdən öncə kitabı oxusanız yaxşı olar, çünki filmdə kitabdakı bir çox məsələ ixtisar edilib və dəyişdirilib. Əlavə olaraq, film 1 hissəlidir. Yəni ikinci kitab üçün film çəkməyiblər və elə həmin filmi başqa bir xoşbəxt sonluqla yekunlaşdırıblar. İndi isə keçək kitabın rəyinə. Kitab Arthurun Laureni unutmaması və həyatına yenidən girməyə tərəddüd etməsi məsələsini vurğulayaraq başlayır. Laurenin anası Madam Kline və professoru Fernstein'in bəzi məsələləri Laurendən gizlətməsi və onların öz daxili aləmlərində bu sirrdən əziyyət çəkməsini də kitab oxuduqca müşahidə edə bilirik. Yan obrazlar da kitaba xüsusi bir maraq qatıb. Kitabın ən maraqlı və karmik tərəfi ilk kitabda Arthurun Lauren üçün etdiklərini ikinci kitabda Laurenin Arthur üçün etmiş olmasıdır. Həyat hər cür öz axışını qoruyur. Biz istəsək də, istəməsək də.. Biri üçün etdiklərimizi, vaxt yetişəndə başqa biri və ya həmin şəxs də hansısa stuasiyada bizim üçün edir. Bu cür kitablar məni sevginin tapıla bilən deyil də öncədən yaradılmış olan mənəvi bir bağlantı olduğuna inandırır amma bu sadəcə yazarın təxəyyülüdür. Kitabın sonundakı cümlə isə lap ürəyimcə oldu. Və onu burda sizinlə bölüşmürəm, çünki spoiler vermək istəmərəm. Rəyimdən nəsə başa düşmək üçün ilk kitabı oxumağınızı tövsiyyə edirəm. Vaxt olduqca ilk kitab üçün də rəy paylaşacağıma ümid edirəm. Ps: kitabın 1 və ya 2-ci hissəsini tapmaqda çətinlik çəkənlər mənə mesaj bölməsində yazsınlar. Xoş mütaliələr <3
İnceleme
Sizi Tekrar GörmekMarc Levy · Can Yayınları · 2014445 okunma
·
30 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.