Gönderi

Hökumət tərəfindən paylaşılan bu "Epstein faylları" və orada əks olunan dəhşətli faktlar sadəcə bir cinayət siyahısı deyil, bəşəriyyətin mənəvi iflasının rəsmi sənədidir. Bu düşüncələri həzm etmək, bir insan olaraq mənə çox ağır gəlir. Yaradılışının əsl qayəsi və ali məqsədi Allaha ibadət, xeyirxahlıq və ədalət olan insanın, necə olub da öz mahiyyətindən bu qədər uzaqlaşdığını anlamaq mümkün deyil. Şeytanı belə heyrətdə qoyacaq, onun təxəyyülünü üstələyəcək qədər azğın əməllərə imza atan bu "insanlar", əslində ən böyük xəyanəti öz yaradılış fitrətlərinə ediblər. Mətndə adı keçən o məşhur simalar, "nümunəvi" fiqurlar və güc sahibləri göstərir ki, maddi imkan və şöhrət mənəviyyatla birləşməyəndə, insan yer üzünün ən təhlükəli varlığına çevrilir. Körpə uşaqlara, məsum canlara uzanan o əllər və o soyuqqanlı "yazışmalar" sübut edir ki, qəlb korlaşanda insan "əs fələ-safilin"ə (aşağıların aşağısına) yuvarlanır. Bu mənzərə qarşısında insan sadəcə bir sual verə bilir: İnsanoğlu nə vaxt bu qədər "qansız" və gözü dönmüş oldu? Allaha yönəlməli olan ruh, necə oldu ki, bu qədər qaranlığa təslim oldu? Bu azğınlığı anlamaq çətin, qəbul etmək isə qeyri-mümkündür.
1000Kitap
·
445 Gösterim
5 Yorum
Lütfen giriş yapınız.
Bu olanlara oyanmayan dünya, heç vaxt heçnəyə oyanmayacaq.Çünki artıq bu, sözün bitdiyi yerdir.
Samiq
Gönderi Sahibi
Amma ən qorxulusu odur ki, bu hələ buz dağının görünən hissəsidir. Kim bilir qaranlıqda daha nələr gizlədilir... Belə dəhşətləri gördükcə insan anlayır ki, mənəviyyat və inanc olmasa, bəşəriyyət hara sürüklənir.
Samiq
Gönderi Sahibi
Hə, bir də… "Bunun başında hansısa “müsəlman” dursaydı, indi yer yerindən oynayardı. Amma bunu edən yəhudidir. Bəli, ABŞ-da yaşayan əsli yəhudi olan ailədən gəlib. Nə Diddy, nə Epstein, nə Cosby, nə Kelly, nə Savile, nə Weinstein, nə Ruby - bunların heç biri müsəlman deyildi. Dəhşətlisi odur ki, fərqli ölkələrin hökumətindən söz sahibi olan insanlar, cəmiyyətdə “müsbət” qəbul olunan örnək fiqurlar, dövlət adamları, innovasiya ilə dövrə səs salan simalar bu siyahıda yer alır."
Təssüf ki, insanoğlu, yer üzün ən təhlükəli varlığıdır.
Samiq
Gönderi Sahibi
Leyla Aghayeva, Amin. Əslində Allah hər zaman doğru yolu göstərir, sadəcə biz bəndə olaraq o yolu nə dərəcədə gedə bilirik ?
Dəhşət…
Hər çirkinlik çirkin sonluğa məhkum.
Samiq
Gönderi Sahibi
Nərgiz Nadirova, şübhəsiz.