Gönderi

7/10
·322 syf.··
2026 27. kitabı
·
4 günde okudu
·
Okunma: 04 Şubat 2026 15:58
Yenə Əzizə Cəfərzadə, yenə də çəkilən əziyyətə qarşılıq (mənə görə) tam olmayan roman… Əzizə Cəfərzadənin “Sabir” (1989) romanı adından da bəlli olduğu kimi XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşayıb-yaratmış böyük satirik şairimiz Mirzə Ələkbər Sabirə həsr olunmuşdur. Əsərdə Sabirin bədii obrazı yaradılmış, müəyyən tarixi faktlar və məktublar roman mətninə daxil edilərək vahid süjet altında birləşdirilmişdir. Fəqət… “Sabir” müəllifdən oxuduğum dördüncü roman oldu. “Eşq sultanı” romanında yaşadığım xəyal qırıqlığından sonra bir daha oxumayacağımı düşünürdüm. Amma mövzunun Sabirə həsr edildiyini görüb istisna etdim. (“Eşq sultanı” Füzuli haqqında idi və bu, ayrıca məyusluq idi.) Onu da qeyd edim ki, Əzizə Cəfərzadə yazdığı romanlara son dərəcə ciddi yanaşan müəlliflərdəndir. Romanlarında hadisələrin cərəyan etdiyi məkanlara mütləq səfər edir, həmin yerləri yerində öyrənir, arxiv materialları, tarixi faktlar, məktublar toplayırmış. Bu zəhmət və məsuliyyət hissi oxucuya da ötürülür və müəllifin mövzuya münasibətinə hörmət doğurur. Məhz buna görə də, çəkilən bu qədər əziyyətin qarşılığında ortaya çıxan mətnlərin daha bütöv, daha sıx qurulmuş və oxucu ilə daha güclü bağ quran romanlar olmasını gözləyirdim. Hərçənd bu roman əvvəlkindən o qədər də zəif deyildi, amma tam mənada Sabir romanı da sayıla bilməz. Əsərdə müəllifin digər romanlarında olduğu kimi natamamlıq və qarışıqlıq hissi hökm sürür. Yersiz təkrarlar, hadisənin maraqlı yerində qırılıb sonra davam etdirilməməsi, parçalanmış süjet xətti oxucunu ciddi şəkildə yorur. Əlbəttə, Əzizə Cəfərzadənin özünəməxsus üslubu var və bunun fərqindəyəm. Amma bu qədər qırıq-qırıq mətn, ardıcıllığın pozulması artıq üslubdan çox mətnin daxili ahəngi ilə bağlı problemə çevrilir. Fakt bolluğu bəzən bədii bütövlüyü üstələyir və roman hissə-hissə oxunan material təsiri bağışlayır. Bəlkə də, müəllifi sevən, yaradıcılığını yüksək qiymətləndirən çox oxucu var. Amma mən hər dəfə oxuyanda eyni hissləri yaşayıram. Mənim üçün yaradıcılığından oxuduğum ilk əsər və müəllifin özünün də yazdığı ilk roman olan “Aləmdə səsim var mənim” oxuduqlarım içərisində ən uğurlu əsər olaraq qalır. Bundan sonra yenə oxuyarammı? Bilmirəm.
Edebiyat
SabirƏzizə Cəfərzadə · Azernaşr · 20162 okunma
·
419 Gösterim
3 Yorum
Lütfen giriş yapınız.
Mən Aləmdə səsim var romanını dinləməyə başlamışdım. Bir iki alıntı da paylaşdım burda. Ancaq həm dinlədiyim səs qane eləmədi məni həm də əsər də çox çəkmədi. Əzizə xanım çox keşməkeşli həyat sürüb. Azərbaycan üçün dəyərli bir xanımdır. Ancaq əsərləri məni də cəlb eləmir. Yəqin elə qeyd etdiyin məqamlara görə. Sadəcə olaraq çəkməməyinin səbəbini ifadə edə bilmirdim. Burda yazılan cümlələrdən sonra özümə də niyəsi aydın oldu.
Vəfa Hafiz
Gönderi Sahibi
Əslində, problem çəkilən əziyyətin - toplanan faktların axıcı, vahid süjet xətti altında romana uğurlu şəkildə çevrilə bilməməsindədir.
👏🏻👏🏻