Gönderi

Füzulinin xatirəsinə
Yüz illərdi bir şam yanır, Küləklər söndürə bilmir, Yüzlərlə əllər uzanır, İşığını dərə bilmir. Qaranlıqsa solu-sağı, Yanan şamın nə günahı?! Əriyir, tökülür yağı, Ölür, ölür, ölə bilmir. Gilə-gilə, damla-damla Günbəgün üzülən canla, Ağlayır hər ağlayanla, Hər gülənlə gülə bilmir. Qızındırır yazıqları, Qorxuzur yalquzaqları, İşıqladır uzaqları Öz dibini görə bilmir...
Sayfa 195 - İkinci kitab - Kəpənək qanadları·Kitabı okudu
·
45 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.