Puan vermedi·208 syf.··
2026 3. kitabı
·
20 saatte okudu
·
Okunma: 06 Şubat 2026 15:49
Klassika oxumağı hər nə qədər çox sevsəm də,yorucu olduğunu deməliyəm.Anna Kareninanı oxumaqdan olduqca zövq alıram,amma aradakı yorğunluğu azaltmaq üçün sadə dildə yazılmış,axıcı bir kitab oxumaq istədim. “Paralel oxuyaram”deyə başlamışdım,amma kitab o qədər axıcı irəlilədi ki,başa vurmadan dura bilmədim.Hadisələr əsla yormur,sürətli inkişaf edir və tez zamanda bitirmə istəyi hakim kəsilir.Yalnızlıqdan Şizofreniyaya kitabını oxuyub çox bəyənmişdim.Düşünürdüm ki,burada da nəsə oxşar bir sonluqla qarşılaşacağam,amma yanıldım.Hər oxuduğum kitab baxış bucağıma az da olsa öz təsirini göstərir.Bir daha niyə insanlardan qaçıb kitablara sığındığımı anlamış oldum.Ətrafımızdakı insanlara nə qədər güvənməli olduğumuzu bəzən bilmirik,amma güvənin harada bitməli olduğunu zamanla öyrənirik..Bəlkə də illər sonra “çox sarsıdıcı idi” deyə xatırlamayacağam,amma oxuduğum anlarda verdiyi rahatlıq və axıcılığı mütləq xatırlayacağam.İçərisində bəyəndiyim sitatlar çox idi,çalışdığım qədər paylaşım etmişəm. Hər kəsə xoş mütaliələr:)
Ölümdən Sonrakı ŞizofreniyaMirəsgər Muradlı · Qanun Nəşriyyatı · 2019122 okunma
·
39 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.