Bəzən bir telefon zəngi kilometrlərlə uzaqdan gəlsə də, insanın ruhuna toxunur. Dünən bir "ata" ilə danışdım... Səsindəki o çarəsizliyin ağırlığı hələ də qulağımdadır. Bir tərəfdə yatağa məhkum övladının xəstəliyi, digər tərəfdə maddi ehtiyaclar qarşısında əzilən, amma ləyaqətini qorumağa çalışan bir insanın mübarizəsi. Evinin qazı kəsilsə də, ümidi sönməsin deyə çırpınan bir atanın səsindəki o yorulmuşluq hissini iliklərimə qədər hiss etdim.
Həqiqət budur ki, bəzən sahib olduqlarımızın qədrini bilmirik. Halbuki aldığımız hər nəfəs bir şükür səbəbidir. Bəlkə də cəmi bir addım yanımızda belə ağır yüklər altında əzilmədən, səssizcə mübarizə aparan əsl qəhrəmanlar var. Söhbəti bitirəndə sanki ruhum
Ramiz Rövşən -in bu misralarına sığındı:
"Bir az yağışdan kəs, bir az buluddan,
Qoy bu köhnə evin damı dammasın.
Bir az sevincdən kəs, bir az ümiddən,
Qarışdır dərdimə, — havalanmasın."
Dünyanın məzlum qanı ilə boyandığı bu vaxtda, insan səcdədə belə susqunlaşır. Körpələr başını soyuq betonun üstünə qorxu ilə qoyarkən, sahib olduğumuz bu rahatlıq insanın vicdanını sızladır. Əvəzsiz verilən bu qədər neymət…
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.