Puan vermedi·255 syf.····Okunma: 07 Şubat 2026 23:33 Yazıçının qələmindən oxuduğum ilk əsəri idi. Roman, bədəni komada yatan ruh qadın Loren və onu görə, hiss edə bilən yeganə insan olan Artur arasındakı fantastik əlaqəni əks elətdirir. Obrazların daxili aləmləri çox gözəl təsvir edilib. İnsan oxuyarkən özünü rahatlıqla həmin obrazların yerinə qoyur, bir sözlə, özünü kitabın içində kimi hiss edir.
Əsərdə dostu Artura hər bir şəraitdə dəstək olan, onu çətinliklərlə tək qoymayan və öz yumoristik xarakteri ilə məni güldürən sevimli obrazım Pol oldu.
Əsər fantastik janrda olmasına baxmayaraq, toxunulan məsələlər reallığı əks etdirir; yazıçı, bizə hər gün bəxş edilən 86400 saniyənin nə qədər qiymətli olduğunu, həyatda seçdiyimiz yollarda qətiyyətli olmağı, peşmanlığın bizi ələ keçirməsinə izin verməməli olduğumuzu göstərir. Eyni zamanda, acı bir gerçəkdən: həyatın bir "al-ver" prinsipindən ibarət olduğunu; hər arzuladığımız şeyin, bu arzu müqabilində bizdən nələrisə alıb apardığını danışır.
Bir sözlə, son zamanlar oxuduğum ürəkaçan əsərlərdən biri idi. Yaxın zamanlarda yazıçının başqa əsərlərinə də şans verməyi düşünürəm.
Kitabla qalın. Xoş mütaliələr ;)