Puan vermedi·440 syf.····Okunma: 08 Şubat 2026 01:28 Çox yavaş oxudum, çünki bitməsini heç istəməzdim. Amma təbii ki, bu kitabla da vidalaşmalı olacam. Kaş ki, unutsam və yenidən oxuyam. Çox səmimi və axıcı bir dillə yazılan bu İngiltərə ədəbiyyatı klassikində təsvir edilən ailə münasibətləri, 2 bacının sevgisi, insanı sevginin tərbiyə etməsi və pul və sərvət qarşısında insanın iradəsini idarə etməsi kimi məsələləri aydın görmək olur. Ceyn, Elizabet, mister Binqli və mister Darsi inanılmaz dərəcədə canlı obrazlardır. Elizabetin mister Darsini tərbiyə edərək ona ləyaqətli qadının sevgisini qazanmağın asan olmadığını başa salması və mister Darsinin öz səhvini anlaması Darsi və Elizabet sevgisini daha da möhkəmləndirdi. Və Darsi onu da sübut etdi ki, kişi öz sevdiyi xanımı xoşbəxt etmək üçün onun ailəsini də öz ailəsi kimi qəbul etməlidir. Sevdiyim kitablar və sevdiyim obrazlar siyahısına girdi həm bu əsər, həm də bu əsərdəki obrazlar.