Kitabların mənimlə danışmasını sevirəm. Uzun müddətdir ki bu kitab rəfdə dururdu və niyəsə bir şəkildə əlim ona getmirdi. Həmişə başqa kitab seçib oxuyurdum. Bu dəfə rəfə bacıb nə oxuyum deyə düşünəndə içimdən bu kitabı oxumaq keçdi və bir növ mənə terapiya kimi oldu.
Əsas xarakterin özünə bir "Kişisel Menkıbe" seçməsi və onu gerçəkləşdirmək üçün əlindən gələn hər şeyi etməsi amma bu yolda bir çox uğursuzluqla qarşılaşması və sairə bunlar hal hazırda mənim həyatımın axışı ilə o qədər uyumludur kiii. Hələ səyahət etmək başqa ölkələrə getmək istədiyini dedikde ailəsinin verdiyi reaksiya her şey həyatımla bağlantılı idii. İstədiyim şeylərin baş tutmaması, tez-tez ertələnməsi və s. Kitabın bu hissələri rəsmən mənim son 2-3 ayımın özeti idi.
Və kitab əslində mənə göstərdi ki yaşanan uğursuzluqlar sənin pisliyin üçün deyil əslində sənə işarətdir yetər ki sən onları görməyi, oxumağı bil. ️
Santiagonun qarşısına işarət olaraq ona ilham verən və xəyallarının arxasınca getməyi tövsiyə edən yaşlı kral çıxdı və mənimdə qarşıma bu kitab çıxdı. Ümid edirem məndə öz "Kişisel Menkıbe"mi gerçəkləşdirə bilərəm...