Gönderi

8/10
·292 syf.··
Beğendi
·
2026 34. kitabı
·
3 günde okudu
·
Okunma: 10 Şubat 2026 14:29
İlqar Fəhmi bu kitabında Bakı tarixinə dair şəxsi təsəvvürlərini, uşaqlıq xatirələrini və bəzi tarixi faktları (bir qədər dəyişərək:) fraqmentlər şəklində təqdim edir. Onun “xəyal arabası”na minib “köhnə Bakı”ya səyahət etmək və Bakı tarixinə Fəhmi baxışı ilə nəzər salmaq olduqca maraqlı idi. Xatirələrindən yola çıxaraq babasının şirin Bakı ləhcəsi ilə danışdığı maraqlı söhbətləri xatırlatmasını isə xüsusilə çox sevdim. Müəllif bu səhnələri elə təsvir edir ki, sanki baba ilə həmin tut ağacının altında oturub söhbətini dinləyirmiş kimi hiss edirsən. Bundan əlavə, müəllif bəzi yerlərdə öz qəzəllərini mətnə daxil edərək əsərin ruhuna xüsusi bir gözəllik qatmışdır.
Edebiyat
Bakı Tarixindən Kollajİlqar Fəhmi · Qanun Nəşriyyatı · 201014 okunma
·
293 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Maraqlıdır, məndə də var bu kitab pdf formada. Müəllifdən "yığıram" hələki, başlayacam)
Vəfa Hafiz
Gönderi Sahibi
😄 Fəhmini illər əvvəl qəzəlləri ilə sevməyə başlamışam. "Müsibəti-Fəxrəddin"dən sonra isə nəsrlərinə maraq salmışam, sevərək oxuyuram.