·424 syf.··Beğendi
···Okunma: 23 Mayıs 2024 00:00 Detektiv janrlı bu romanda xəyanətlə üzləşmiş insanların acınacaqlı taleyindən bəhs olunur.Əsər detektiv janrda yazılsa da,burada bir çox zəngin və meşşan ailələrdəki ənənəvi problemlərə də toxunulur.
Əsər doğum günü məclisi üçün toplanan insanlarla başlayır.Doğum günü məclisinin bitməsindən sonra baş verən hadisələr isə sanki oxucunu kitaba kilidləyir,sürükləyici xüsusiyəti ilə kitabı birnəfəsə oxuyub bitirməsinə vəsilə olur.
Belə ki,məclisdə iştirak edənlərdən birinin-Bədirin yandırılmış maşını və güllə ilə öldürülmüş cəsədi tapılır.Qətli,detektiv Qanbay Qasımlı digərlərinə nisbətən daha dərindən araşdırmağa başlayır;hadisə yerindən tapılan qadın çantasının sahibini tapıb,onu ələ almağa çalışır.
Bəs Bədiri öldürən bu qatil kimdir?Qanbay Qasımlı qatili tapa biləcək? Bunu yalnız kitabı oxuduqdan sonra bilə bilərsiz.
İpucu olaraq onu da qeyd edim ki,cinayət adi,sıradan bir cinayət deyil.Arxasında gizli sirrlər durur və bu sirrlərdən ən böyüyü də məhz elə xəyanətdir...