Cəlil Məmmədquluzadə Tənqidi realizm dövrünün ən sevdiyim realist yazıçısıdır. Bütün əsərlərini bəyənərək oxuyuram hər zaman. Çoxdandır "Ölülər"i də oxumaq istəyirdim. Əslində mövzusunu, baş verənləri bilirdim ancaq yenə də oxumaq istədim. Böyük bir maraqla oxudum, bu kitabı da təxminən 1 saata bitirdim.
Kefli İskəndər obrazını yaratmaqla müəllif öz xalqına müraciət edib, dövrün ictimai nöqsanlarını tənqid edib. Təəssüf ki, Azərbaycan xalqı bir zamanlar bu cür mənfi zehniyyətdə olub. Və çox təəssüf ki, hələ də aramızda falçıya inanan, qızlarını erkən yaşda evləndirən, qadına dəyər verməyən, dırnaqarası dindar olan, fırıldaqçı və s. insanlar var. Bu da əsərdəki başlıca problemin aktuallığını sübut edir.
Mirzə Cəlilin yaradıcılığını oxuyun, oxutdurun