·144 syf.··Beğendi
···Okunma: 16 Şubat 2026 09:10 4 mart 1770-ci ildə Dijonda anadan olan Jan Jozef Jakotot fransız müəllimi və təhsil filosofu, “intellektual azadlıq” metodunun yaradıcısı idi.
O, Dijon Universitetində təhsil alıb və on doqquz yaşında latın dili professoru olub, sonra hüquq təhsili alıb, vəkil olub və eyni zamanda fəaliyyətinin böyük bir hissəsini riyaziyyata həsr edib.
Brüsseldə məskunlaşdıqdan sonra – 1818-ci ildə Jakotot Luven Universitetində fransız dili müəllimi vəzifəsinə təyin edilib və orada artıq Fransada uğurla tətbiq etdiyi təhsil prinsiplərini sistemləşdirib.
Onun metodu Belçika ilə yanaşı, həm də Fransa, İngiltərə, Almaniya və Rusiyada müəyyən dərəcədə bəyənilib. Jakatot göstərirdi ki, insan bilmədiyi şeyi belə öyrədə bilər: bilənlə bilməyən, müəllimlə öyrənən, fiziki işçi ilə intellektual işçinin bərabərliyi, bir sözlə, zəkaların bərabərliyi əsasdır. Bu metod üç prinsipə söykənirdi:
• bütün insanlar bərabər zəkaya malikdirlər;
• hər bir insan Tanrıdan özünü öyrətmək qabiliyyətini alıb;
• hər şey hər şeydədir.
Jakototun karyerası və prinsipləri Jak Ransier tərəfindən “Cahil məktəb müəllimi: intellektual azadlığın beş dərsliyi” kitabında təsvir edilmişdir. “Azad etmədən təhsil vermək insanı axmaq edir”, – deyən “Cahil məktəb müəllimi” təkcə müəllimlər və təhsil sistemi haqqında düşünənlər üçün deyil, həm də siyasi fəlsəfə ilə maraqlananlar üçün göz açan bir kitabdır. Kitabın ilk hissəsi axıcıdır. Sonlara doğru oxuma sürətim zəiflədi. Bu sadəcə mənlə də əlaqədar ola bilər. Düşünürəm ki, pedaqoji sahədə təhsil alan və çalışan hər kəs oxumalıdır.