Epiktetosun bu kitabı, idealist olmayan, lakin dünyaya geniş bucaqdan baxan bir insan üçün faydalı ola bilər, ancaq müəyyən ehtiyatla yanaşmaq şərtilə. Stoik prinsiplər həyatın çətinliklərinə qarşı bir növ "zehni immunitet" yarada bilər. Xüsusilə, müasir informasiya çağında, insanın diqqətini nəyə yönəltməsi, nəyə əhəmiyyət verməsi məsələsində Epiktetosun tövsiyələri aktualdır.
Ancaq kitabı oxuyarkən yadda saxlamaq lazımdır ki, Epiktetos eramızın I əsrində yaşayıb, o dövrün köləlik, patriarxal cəmiyyət kimi reallıqları var. Onun bəzi fikirləri bugünkü dünyaya tam uyğun deyil. Ona görə də kosmopolit oxucu kitabdan ibrət götürməli, amma onu kor-koranə tətbiq etməməlidir.
Ümumi qiymət: 5/10… Niyə?
Kitab dəyərli fikirlərlə doludur, amma həddindən artıq ideallaşdırmadan, realist və tənqidi yanaşma ilə oxunmalıdır. Kosmopolit baxış bucağından onun ən dəyərli cəhəti – insanın daxili azadlığını hər şeydən üstün tutması və bunun universal xarakter daşımasıdır. Epiktetos fərdi azadlığa vurğu edir, amma cəmiyyətin, iqtisadi sistemin, siyasətin insana təsirini kifayət qədər nəzərə almır. O, dünyanı dəyişmək istəyir, lakin daha çox fərdin daxili dəyişiminə yönəlib. Kitab boyu eyni fikirlər dönə-dönə vurğulanır, bu, bəzən yorucu ola bilər.