Gönderi

Puan vermedi·136 syf.··
2026 5. kitabı
·
13 saatte okudu
·
Okunma: 16 Şubat 2026 09:07
Salam . Bu gün sizinlə Ölü Ozanlar Dərnəyi ilə oxuyub müzakirə etdiyimiz Mark Tvenin "İnsan nədir?" əsəri ilə bağlı düşüncələrimi bölüşəcəyəm . Mark Tveni çoxumuz "Tom Soyyerin macəraları" əsəri ilə tanıyırıq. "İnsan nədir?" əsərində onun yumoristik, uşaqları əyləndirmək üçün olan üslubundan tamamilə fərqli bir əsər görürük. Ki Mark Tvenin bu əsərinim oxuyarkən ağlımızda belə bir sual yaranır. Biz doğrudanmı azad iradəyə sahibik, yoxsa sadəcə ətraf mühitin idarə etdiyi bioloji bir maşınıq? Əsər yaşlı, həyatdan bezmiş bir qoca ilə idealist bir gəncin dialoqu üzərində qurulub. Qoca iddia edir ki, insanın etdiyi heç bir hərəkət onun öz ixtiyarında deyil. Biz hər şeyi ya xarici təsirlər (tərbiyə və ətraf mühit), ya da daxili ehtiyaclarımıza görə edirik. "İnsan maşındır". Tvenə görə, insan ruhu bir buxar maşını kimidir. O, kənardan yanacaq (təsir) almadan işləyə bilməz. Heç bir fikir "orijinal" deyil; hər şey başqalarından eşitdiklərimizin və gördüklərimizin emal olunmuş halıdır. İnsanı hərəkətə gətirən yeganə qüvva özünü razı salmaq hissidir. Yazıçı iddia edir ki, hətta ən fədakar hərəkətin (məsələn, birinə kömək etmək) arxasında belə bir məqsəd durur. Bu məqsəd isə vicdanın rahatlığını təmin etməkdir. Biz başqasına yaxşılıq edirik ki, özümüzü "yaxşı insan" kimi hiss edək və daxili narahatlıqdan qurtulaq. Əsər azad iradənin yoxluğu məsələsi üzərinə qurulub. Əsərdə deyilir ki, biz doğulduğumuz andan mühitimizin əsiriyik. Hansı dildə danışmağımızdan tutmuş, hansı dəyərlərə inanmağımıza qədər hər şey əvvəlcədən ətraf təsirlər tərəfindən müəyyən edilib. Əgər həyatı, insan davranışlarını və "niyə beləyik?" sualını dərindən sorğulamadır. 138 səhifəlik balaca kitab sənin bütün düşüncə sisteminə təsir edə bilir. Əsər nisbətən ağır oxunur. Mən türk dilində oxudum, daha bir ağır gəldi. Hər cümləsi ayrı müzakirə mövzusu ola biləcək bir əsərdir. Səncə, biz doğrudanmı sadəcə bir maşınıq? Qiymətləndirmə: 9/10
1000Kitap
İnsan Nedir?Mark Twain · Dedalus Kitap · 202318,9bin okunma
·
45 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.