Od Gəlini
"Cəfər Cabbarlının ən sevdiyim və möhtəşəm pyeslərindən biridir. Kitab 9-cu əsrdə yaşamış, ərəblərə qarşı azadlıq hərəkatı aparmış Babəkə həsr olunmuşdur. Elxan heç bir dinə inanmayan, köləliyə qarşı olan, azadlığa inanan sərkərdədir, sevdiyi qız isə atəşpərəstlik dininə mənsub olan Solmazdır. Kitabda din adına törədilən qırğınlardan, boş adət-ənənələrdən bəhs olunur. Və Elxanın bu cahilliklər, zülmlər haqqında həqiqətən çox gözəl fikirləri var. Elxan qardaşı Aqşindən illər öncə ayrı düşüb və illər sonra qovuşduqdan qardaşı ilə birgə azadlıq mübarizəsi aparmaq istəyir amma sonra onun xilafətə xidmət etdiyini və müsəlman olduğunu öyrənir. Aqşin Elxandan xilafətə baş əyməyini istəyir və təbii ki də Elxan bunu etmir. Aqşin isə dinini üstün tutur və bir-birlərinə qarşı cəbhə alırlar. Sonda Elxan və tərəfdarları Aqşin tərəfindən məğlub olurlar və Elxan edam edilir."