Bu əsərdə məni ən çox düşündürən məqam "Əxlaqın teleoloji dayandırılması" anlayışı oldu. Kierkegaarda görə, İbrahimin öz oğlunu qurban verməyə aparması bir cinayət deyil. O, hamı üçün keçərli olan "ata övladını qorumalıdır" etik qanununu, Tanrıya olan mütləq itaəti naminə "dayandırır". Bu, imanın elə bir zirvəsidir ki, orada artıq ümumbəşəri qaydalar susur, yalnız insan və Tanrı qalır.
Məhz bu nöqtədə "İbrahimin sükutu" başlayır. İbrahim sükut edir, çünki yaşadığını heç kəsə izah edə bilmir. O, imanın elə bir mərhələsindədir ki, bunu izah etmək mümkün deyil.