Puan vermedi·160 syf.··Beğendi
· Salam, bu gün sizinlə İlyas Əfəndiyevin "Körpüsalanlar" əsəri haqqında fikirlərimi bölüşəcəm. Əsər 1960-cı ildə yazılmışdır. Əsər yazıldığı dövr üçün inqilabi sayıla biləcək mənəvi-etik məsələləri gündəmə gətirmişdir. Amma bu məsələlər hər zaman ailələri qorumur.
Əsərdə əsas mövzu insan mənəviyyatı, köhnəlmiş ailə-məişət qəliblərindən qurtulmaq və şəxsi azadlıqdır. Yazıçımız əsərdə mürəkkəb xarakterli, qərarsız insan tipini göstərir.
Səriyyə obrazı əsərin mərkəzində dayanır, Azərbaycan nəsrində "qadın xəyanəti" kimi qiymətləndirilən cəsarətli bir addım atır. O, maddiyyat cəhətdən təmin olunan, lakin ruhən boş, sevgisiz olan ailə həyatını tərk edərək öz daxili azadlığını və həqiqi xoşbəxtliyinin arxasınca gedir.
Arif obrazı isə klassik ailə həyatına dəyər verən, anlayışlı, sevdiyini itirməmək üçün onun səhvlərinə göz yuman biridir.
Əsərdəki əsas konflikt ənənəvi ailə-əxlaq normaları ilə fərdin ruhu ehtiyacları arasındadır. Səriyyənin hərəkətləri dövrün bəzi tənqidçiləri tərəfindən milli adət-ənənələrə zidd hesab edilsə də, müəllif bunu insanın özünə qarşı dürüst olması kimi təqdim edir.