Bizim qanlı tariximizi dünyada bilməyən yoxdur, amma buna baxmayaraq bilməkləri heçnəyi dəyişmir..
Bu kitabı tamamilə təsadüf nəticəsində gördüm və oxumağa başladım. Doğrusu, uzun müddətdie kitab oxumağa vaxtım olmadığı üçün xeyli yadırğamışdım. Kitabda erməni əsirliyində olanda zorlanmış və ermənidən hamilə qalmış 10'cu sinif şagirdi olan bir qızın həyat hekayəsindən danışılır. Soyqırımda bütün tanışlarını itirən, tək pənahı Mingəçevirdəki dayisina qalan bu qız əsirlikdən çıxdıqdan sonra Gəncədə hamilə olduğunu öyrənir və uşağına qıymaq istəmir, bunu öyrənən dayısı qızı evindən qovur və qız minbir bəla ilə baş başa qalaraq başqa şəhərə köçür, orada yataqxanalardan birində qalmağa çalışır. Ətrafında olan yaxşı insanlar ona kömək etsə də, "erməni" oğluna görə onunla mundar kimi davranan insanlar da az olmur... Bütün bunlar az deyilmiş kimi üstünə şər atıb həbs etdirməyə çalışmaları da əlavə olanda, yazıq qız, övladı ilə birlikdə Kür çayına özünü həvalə edərək intihar edir..