Təxminən bir il əvvəl xəyal belə edə bilməyəcəyim bir yolun bu gün son dayanacağına, ilk kitabımın tamamlanma nöqtəsinə çatmış mənzərədəyəm. Bir il öncə kimsə mənə 'Gələcəkdə həm sadiq bir oxucuya, həm də bir müəllifə çevriləcəksən' desəydi, bu fikirə qıramda inanmazdım. Lakin bu gün qarşımda duran bu əsər, insanın öz sərhədlərini necə aşa biləcəyinin ən real sübutudur.
İlk sətirlər olduğunu göz önünə alaraq və təcrübəsizliyin gətirdiyi bəzi qüsurların olduğunu dərk edirəm. Lakin mükəmməllikdən daha önəmli olan, bu ruhu və cəsarəti ortaya qoymaqdır. Bu gün mən yalnız bir kitab bitirmədim, həm də öz daxili dünyamda yeni bir mərhələnin təməlini qoydum və bununla sonsuz qürur duyuram.
Qədim bir hikmətdə deyildiyi kimi: 'İnsan, ətrafındakıların aynasıdır.' Bu yolda mənə ən təmiz ayna olan, tükənməz enerjisi və sarsılmaz dəstəyi ilə hər zaman yanımda duran, bu uğurun gizli qəhrəmanı Nəzrinə ən dərin və səmimi minnətdarlığımı bildirirəm. Onun varlığı, bu sətirlərin hər birində öz əksini tapımışdır. Nzrynnn yaxşı ki sən, yaxşı ki Biz
Oxuduğun kitabları bölüşdüyün insanın səninlə ilk yazdığı kitabı bölüşməsi..mənim üçün bunun nə qədər dəyərli olduğunu anlatmağa kəlmələr yetməzz🥹🫠Nə qədər ki, varam ən böyük dəstəkçinəmm