Teas Press'in ən underrated tərcümələrindən biri. Çoxunuz bəlkə də bu kitabın Yusuf Atılgan'ın “Aylak Adam” əsərinin tərcüməsi olduğunu bilmirsiz. Sizi qınamıram, bir neçə ay əvvələ qədər mən də bilmirdim. Bir ara endirimdə idi, o zaman almışdım, qiyməti hardasa 2.80₼ falan idi.
Çox az gözlənti ilə başlasam da, kitab məni təəcübləndirməyi bacardı. Əsərin baş qəhrəmanı “C” adında bir oğlandır. Və “C” el dili ilə desək “Avaran"-ın biridir. Cənab C, bütün vaxtını gəzmək və insanları müşahidə etməklə keçirir. Bəs düşünürsüz ki, “Bu adam pulu haradan qazanır?”, yaxşı düşünürsüz. Cənab “C”-yə atasından böyük məbləğdə pul miras qaldığı üçün, o bütün həyatı boyu çalışmasa belə, rahatlıqla yaşaya bilər. Lakin C-yə atasından miras qalan tək şey pul yox, həmçinin uşaqlıq travmalıdır. Baş qəhrəmanımız məhz bu travmalar ucbatından heç bir qadınla münasibət/yaxınlıq qura bilmir. Kitab 4 fəsilə ( Yaz, Yay, Payız, Qış ) ayrılır. Biz hər fəsildə Cənab C-nin həqiqi sevgini və ona başa düşəcək qadını tapmaq üçün etdiyi axtarışlara şahid oluruq.
Məncə kitab olduqca maraqlı və axıcı idi. Əsərin yazı üslubu biraz Albert Camus'un “Yad” əsərinə bənzəyir. O əsəri oxuyub bəyənənlər, məncə 100% “Aylak Adam”-ı da bəyənəcək.