5/10
·392 syf.··
2026 9. kitabı
·
65 günde okudu
·
Okunma: 02 Mart 2026 02:26
Doğan Cüceloğlu bu kitabında “savaşçı” anlayışını zorakılıqla deyil, özünü tanımaq, məsuliyyət almaq və şüurlu yaşamaq kimi izah edir. Savaşçı – həyatdan qaçmayan, qorxularını inkar etməyən, amma onlara təslim də olmayan insandır. Kitab oxucuya daim bir sual ünvanlayır: “Həyatımı mən idarə edirəm, yoxsa öyrəndiyim qorxular?” Müəllif ailə, cəmiyyət və keçmiş travmaların insanın qərarlarına necə təsir etdiyini sadə, lakin dərin nümunələrlə göstərir. Ən güclü tərəfi isə oxucunu suçlamaq əvəzinə oyandırmasıdır. Savaşçı şəxsi inkişaf kitabı olmaqla yanaşı, daxili dialoq qurmağa kömək edən bir bələdçidir. Özünü dərk etmək, sərhədlər qoymaq və daha şüurlu yaşamaq istəyənlər üçün təsirli və düşündürücü bir əsərdir.
2026 Okuma Raporları
SavaşçıDoğan Cüceloğlu · Remzi Kitabevi · 202112,8bin okunma
·
26 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.