Stefan Zweig qısa hekayələrin ustasıdır. Hətta sırf bu səbəbdən o bir çox kitabsevərin ən sevdiyi yazıçılardan biridir. Çünki onun əsərləri həm oxunaqlı, həm də öyrədicidir. Bəzən 50 səhifə Zweig oxuyanda, sən sanki 300 səhifəlik bir roman oxumuşsanmış kimi hiss edirsən.
Onun “Virata” əsəri də məhz bu əsərlərindən biridir. Kitabımız Virata adında çox güclü və müdrik bir savaşçının hekayəsi başlayır. Virata bütün ömrü boyu öz kralına sədaqətlə xidmət etmiş və döyüşçülər arasında hər zaman ən seçiləni olmuşdur. Lakin onun həyatı bir cüt gözdən sonra həmişəlik dəyişəcəkdi...
Bundan o tərəfə nəsə yazsam, artıq spolier olacaq, o səbəbdən hekayənin mövzusunu burada dayandırıram. Amma mən hekayəni “Love, Death and Robots” serialındaki “Zima Mavisi” bölümündəki hekayəyə bənzətdim. Orada da bir robotun həqiqət axtarışına şahid olurduq. Robot o həqiqəti tapana qədər inkişaf edir, dəyişir və hər dəfə tamam fərqli birinə çevrilirdi. Virata da eynilə o robot kimi kitab boyu özünü həqiqətin arxasıyca atır və o yolda mənəvi baxımdan təkamülləşir.
Məncə oxumağa dəyər bir əsərdir. Zweig'in Azərbaycanda o qədərdə populyar olmayan bir əsərdir. Hətta məncə bu əsəri heç burada satışda yoxdur. Mən o vaxtı Türkiyədən “Zweig 10-lu Set” sifariş verəndə o setin içində gəlmişdi bu kitabı. Yenə də haradansa tapa bilsəz, oxumanızı tövsiyyə edərəm.