Gönderi

Puan vermedi·656 syf.··
2026 78. kitabı
Burada Qəzalinin "Təhafüt əl-fəlasifə" əsəri üçün inceleme yazmışdım, düşündüm ki, bu əsərə cavab olaraq yazılan "Təhafüt ət-təhafüt" əsəri haqda da inceleme yazmalıyam. İbn Rüşdün "Tutarsızlığın Tutarsızlığı" əsərini bitirdikdən sonra içimdə qəribə bir boşluq və eyni zamanda böyük bir aydınlanma yarandı. Kitab boyu İbn Rüşdün hər şeyi insan məntiqinin o dar qəliblərinə sığışdırmaq cəhdi, kainatı riyazi bir tənlik kimi izah etməsi məndə bir sual doğurdu: Biz kimik ki, mütləq olanı öz məhdud idrakımızla mühakimə edirik? İbn Rüşd Allahı müəyyən qanunlara tabe, sanki "başqa cür edə bilməzmiş" kimi bir zərurət qəlibinə soxur. Amma Allahın əməllərində bizim anladığımız mənada bir məntiq axtarmağın özü məntiqsizlik deyil? Qəzalinin dediyi kimi, bir insanın özünü öldürməyə qadir olub bunu etməməsi, onun buna gücünün çatmadığı mənasına gəlmir. Allahın da bəzi şeyləri bizim məntiqimizə uyğun etməməsi, Onun mütləq qüdrətinə kölgə sala bilməz. İbn Rüşd Allahı insan beyninə sığışdırmağa çalışdıqca, Yaradanın o sonsuz azadlığını və iradəsini sanki bir kənara itələyir. Məncə, insan beyni bu uca varlığı tam mənasıyla anlamaqdan acizdir və bu acizlik əslində imanın ən gözəl tərəfidir. İbn Rüşdün arqumentləri nə qədər güclü görünürsə görünsün, Qəzalinin o "mütləq təslimiyyət"i qarşısında mənim üçün hər zaman məğlubdur. Çünki Allah məntiqlə isbat olunan bir düstur deyil, ruhla hiss olunan sonsuz bir qüdrətdir.
Felsefe
Tutarsızlığın Tutarsızlığı (3 Cilt)İbn Rüşd · Karbon Kitaplar · 2020146 okunma
·
159 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.