Bu əsərdə əsas diqqət Feniçka adlı gənc qadının həyatına və onun ətrafındakı olan kişi düşüncəsinə yönəlir. Hadisələr əsasən psixoanalitik Maksın baxış bucağından təqdim olunur. Maks qadınlar haqqında stereotip fikirlərə malikdir. O, qadının əsas məqsədinin evlənmək olduğunu düşünən, qadın psixologiyasını sadələşdirən bir düşüncə tərzini təmsil edir. Feniçka isə bu baxışlara sığmayan, daxili azadlığı və fərdi mövqeyi olan bir obrazdır. Müəllif burada qadının həyat məqsədinin yalnız evliliklə məhdudlaşmadığını göstərməyə çalışır. Niyə kişi evlilik təklifi edəndə qadının artıq buna hazır olduğunu düşünür? Niyə evlilik qadını “tamamlayan” bir mərhələ kimi qəbul edilir? Niyə qadının uğuru və dəyəri kişi tərəfindən seçilməklə ölçülür? Bu suallara cavabı müəllif Feniçkanın timsalında verməyə çalışır.