·55 syf.····Okunma: 27 Şubat 2026 22:00 Düşündüm ki, bu təhlili məhz 8 Mart günü paylaşım. Çünki bu gün Sevil və Gülüş kimi cəsarətli, zəhmətkeş və öz ayaqları üzərində durmağı bacaran qadınlarımızın günüdür.
Tarix boyu qadınlar əzilib, xor görülüb, sanki bir əşya kimi kənara atılıblar. Amma Cəfər Cabbarlı bizə Sevil obrazı ilə sübut etdi ki, bir qadın istəsə, nələri bacarmaz! Gülüş bizə gözlərimizi necə açmağımızı, o qara çadradan (cəhalətdən) çıxıb öz ayaqlarımız üzərində durmağımızı öyrətdisə, Sevil bunun canlı sübutu oldu. O, sadəcə çadrasını deyil, ona vurulan cəhalət zəncirlərini də qırıb atdı.
Bəs Balaş? O, öz kökündən utanan, xarici bər-bəzəyə aldanıb yanındakı əsl xəzinəni görməyən biridir. Balaşın aqibəti hamımıza dərs olmalıdır: öz mənliyini itirən və qadına sadəcə "xidmətçi" kimi baxan kişi, sonunda tənha və aciz qalmağa məhkumdur. Sevil elmlənib yüksələndə, Balaşın onun qarşısında necə kiçildiyini görmək pyesin ən təsirli məqamıdır.
Qadınlarımıza məsləhətim: Heç vaxt kiməsə möhtac olduğunuzu düşünməyin. Sevil kimi çətinliklərdən keçə bilərsiniz, amma unutmayın ki, savad və iradə sizin ən kəskin silahınızdır. Özünüzə inanın, oxuyun və heç bir "Balaşın" sizin işığınızı söndürməyinə icazə verməyin.
Bayramınız mübarək əziz xanımlar!