Bəzən sevdiyin insan üçün ən çətin qərarı vermək məcburiyyətində qala bilərsənmi?
Corc və Lenninin kiçik bir torpaq alıb sakit həyat yaşamaq arzusu vardı. Onların bu arzunu dəfələrlə danışması mənə bir şeyi düşündürdü: bəzən insanın yaşamağa davam etməsi üçün bir ümidə ehtiyacı olur. Hətta o ümidin gerçəkləşib-gerçəkləşməyəcəyini bilməsə də.Kitabın ən təsir edən hissəsi son səhnə oldu. Corcun verdiyi qərar çox ağır idi, amma bir tərəfdən də Lennini daha pis aqibətdən qorumaq üçün etdiyi bir şey idi. Bəzən insan ən çox sevdiyi insan üçün ən çətin qərarı verməli olur.
Qısa bir kitab olsa da, içində dostluq, məsuliyyət və insan arzularının nə qədər kövrək olduğu haqqında çox şey var.
Siçanlar və AdamlarJohn Steinbeck