·104 syf.··Beğendi
···Okunma: 03 Eylül 2024 00:00 "Dönüşüm" əsəri bir gün yuxudan oyanada artıq insan deyildə böcək olduğunu görən və həyatı bundan sonra tamamilə dəyişən Gregor Samsa haqqındandır. Gregor atasının borclarını ödəmək üçün çox sevidiyi işindən çıxıb səyyar satıcı olaraq işləməyə başlayır. Ailədə ondan başqa heç kim işləmədiyi üçün digər ailə üzvlərinin təminatlarını da o qarşılamalı olur. Lakin ailə üzvləri ilk başlarda bütün bunlara görə ona minnətdar olsalarda yavaş-yavaş bu minnətdarlıq hissi yox olur və bir cür vəzifəyə çevrilir. Lakin ailə üzvləri arasındakı bağlarda qırılma nöqtəsi məhz Gregorun böcəyə çevrilməsi ilə başlayır. Böcək olduğu üçün ailə üzvləri ondan qorxur, onu görmək belə istəmirlər. Gregor demək olar ki, otağından heç çıxmır. Bacısı Grete onun bu vəziyyətinə daha tez uyğunlaşır. Qardaşının gündəlik qayğıları ilə o məşğul olmağa başlayır. Gregor artıq işləmədiyi üçün ailə üzvlər öz rahat yaşayışlarını tərk edib işləməyə hətta öz evlərindəki bəzi otaqları kirayə verməyə məcbur olurlar. Bütün qırılma nöqtələridə bundan sonra başlayır. Ailə üvləri ,hətta bacısı da artıq Gregora baxmaq istəmir, onu bir yük olaraq görməyə başlayırlar.
Kafka Dönüşüm əsərində ailəsinə və cəmiyyətə qarşı olan əksikliklərini izah etmişdir. Əsərdə Gregor Samsanın timsalında hər dönəmdə fərdlərin bir növ çevrilmə ilə qarşılaşdıqları ədəbi dillə ifadə olunub. Gregorun böcək olandan sonra yeni bədəninə uyğunlaşmaqda çətinlik çəkməsi və vəziyyəti inkar etməsi də, fərdlərin dəyişikliklərə müqavimət göstərməsini və bu dəyişiklikləri qəbul etmənin onlar üçün necə çətin olduğunu əks etdirir. Təbii ki cəmiyyətin bütün bunlara reaksiyasıda bir mənalı olmur.