10/10
·176 syf.··
Beğendi
·
2024 86. kitabı
·
3 günde okudu
·
Okunma: 06 Eylül 2024 00:00
Məşhur rus yazıçısı Lev Nikolayeviç Tolstoy "Hacı Murad"-ı 1896-1904-cü illərdə yazıb, ancaq əsər yazıçının ölümündən sonra nəşr olunub. Tolstoy kitabı əsas qəhramının-Hacı Muradın adı ilə adlandırıb. Kitab fərqli mədəniyyətlərin arasında, siyasətin və hərbin içində sıxılıb qalan Hacı Muradın hekayəsindən bəhs edir. Hacı Murad ruslara qarşı apardığı mübarizəylə Qafqaz xalqları arasında əfsanəyə çevrilən Şeyx Şamilin yaxın silahdaşlarından biri olur. Lakin hadisələrin məcrası, fərqli məqsəd və amallar bu iki qəhrəmanı qarşı-qarşıya qoyur. Ruslara sığınmaq məcburiyyətində olan Hacı Murad öz iradə, mərdlik və cəsarətiylə bütün Rus əsilzadələrini özünə heyran qoyur. Əsərdə biz üç fərqli lider görürük: 1. Rusiya imperiyasının imperatoru çar I Nikolay 2. Qafqaz xalqlarını öz ətrafında toplayan, yüzlərə müridi olan Şeyx Şamil 3. Zamanında kiçik bir xanlığın idarəsində iştirak edən və az saylı müridi olan Hacı Murad. Yazıçı hər üç rəhbərin şəxsi keyfiyyətləri haqqında məlumat verdiyi üçün oxucu rahatlıqla bu üç qəhrəmanı müqayisə edə bilir. Tolstoy əslində Hacı Muradın böyük kütlələri idarə edən Şeyx Şamildən və Çar Nikolaydan istər insani keyfiyyətlər, istərsədə idarəetmə və hərbi qabiliyyətlər baxımından üstün olduğunu göstərir. Hacı Murad həyatının son anına qədər, qanın son damlasına kimi döyüşən ölmüsüz bir qəhrəman olub. Tolstoy Kırım müharibəsində zabit kimi xidmət göstərib. "Hacı Murad"-ı da məhz müharibədə qazandığı təcrübələrindən yola çıxaraq qələmə alıb. Yazıçı əsərdə qarşılaşdığımız çətinliklərə qarşı müqavimət göstərməyin, mübarizə aparmağın əhəmiyyətini vurğulayır.
Hacı MuratLev Tolstoy · Ren Kitapevi · 202018,4bin okunma
·
8 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.