·372 syf.··Beğendi
···Okunma: 18 Mart 2025 00:00 Platon- qədim yunan filosofu, klassik yunan fəlsəfəsinin ən görkəmli nümayədlərindən biri. Təxminən e.ə 428-348-ci illərdə yaşayıb-yaradıb. Univeristetin atası sayılan Akademiyanın qurucusu və müəllimi Sokratın fikirlərini dialoqlarla fəslsəfəni yazıya çevirən ən mahir ustalardan biri hesab olunur. Platonun ən məşhur əsərlərindən biri də “Dövlət”-dir. Platonun digər əsərlərində olduğu kimi burda da hadisələr dialoq formatında verilir və əsasən Sokratla Aristotelin oğlu Glaukon arasında cərəyan edir. Kitab “ən yaxşı və mükəmməl dövlət necə olmalıdır?” sualı ilə başlayır və kitabın hər bölməsində Sokrat dövlət və onun əsas təməlləri üzərində müxtəlif fikirlər irəli sürür. Eyni zamanda Platon “Dövlət” də yaxşılıq, bərabərlik, güclülük kimi insani duyğuları incələyərək xəyalındakı ən yaxşı dövlət modelini irəli sürüb. “Dövlət” özündən sonra yazılan eyni məzmunlu əsər və utopiyalara da işıq tutub.