Əsər Azərbaycan - Ermənistan müharibəsi fonunda baş verən hadisələri qələmə alır. Öncəliklə onu qeyd etməliyəm ki, əsər güclü emosional təsir gücünə malikdir. Bu günə kimi çox əsər məndə dərin iz buraxıb, amma Mənim Erməni Oğlum qədər o ağrıları, qorxunu, çarəsizliyi hiss etdiyim Əli Səmədli’ in “ Qanlı Bənövşə” hekayəsi olmuşdur.
Əsərin əsas mövzusi millət və düşmənçilik daha çox insanı dəyərlərə yönəlir. Xocalı hamımızın qəlbində qanayan yaradır, orada baş verən hadisələrdən sonra biz hamımız Xocalılı, Qarabağlı, Azərbaycanlıyıq, amma mən düşünməzdim ki, əsirlikdəki günlər azad olunduqdan sonra daha betər halda öz doğmaların, millətinin insanları tərəfindən başına gətirilsin.
Bir daha anladım ki, müharibədə zərər çəkən tərəf qadınlardır.