·224 syf.··Beğendi
···Okunma: 16 Mart 2026 10:55 __Mənim fikrimcə, “Kuyucaklı Yusuf” çox təsirli və düşündürücü bir romandır. Əsəri oxuyarkən insanın taleyinin bəzən necə çətin yollarla qarşılaşdığını aydın şəkildə görmək olur. Xüsusilə Yusuf obrazı mənə çox fərqli təsir bağışladı. O, sakit, qapalı və içində çox şey yaşayan bir insandır. Cəmiyyətə çox qarışmasa da, içində güclü bir ədalət hissi var.
Romanı oxuduqca hiss etdim ki, müəllif cəmiyyətin bəzi ədalətsizliklərini və insanların bir-birinə qarşı davranışlarını çox real şəkildə göstərir. Bəzi obrazlar öz maraqlarını hər şeydən üstün tuturlar və bu da baş qəhrəmanın həyatını çətinləşdirir. Bu isə oxucuya göstərir ki, bəzən yaxşı və dürüst insanlar cəmiyyət içində daha çox çətinlik yaşayırlar.
Məncə əsərin ən təsirli tərəfi onun real və səmimi olmasıdır. Hadisələr sanki həyatda baş verirmiş kimi təsvir olunub. Bu da kitabı daha maraqlı və təsirli edir.
Ümumilikdə, “Kuyucaklı Yusuf” mənə insanların xarakteri, cəmiyyətin təsiri və ədalət anlayışı haqqında çox düşündürdü. Mən bu romanı oxuyan hər kəsin müəyyən hissələrdə özünü və ya ətrafındakı insanları görə biləcəyini düşünürəm.__