Gönderi

8/10
·216 syf.··
2026 3. kitabı
Çoxları kimi “gözəllik keçicidir, əxlaqlı olun" mesajı verən bir şərh yazmayacam, əvvəldən deyim, bilin. Mənə qalsa bu mesajın səthi olmağı bir kənara, həm də başdan-ayağa yanlış yanaşmadır. Bir az diqqətlə yanaşanda insanın öz məsuliyyətini bir kənara (portretə) transfer etdikdə necə sürətlə insanlıqdan çıxdığında görürük. Dorianı pozulmuş, yoldan çıxmış biri kimi görməməliyik. Çünki əvvəlcədən daxilən boş, heç bir yolda olmayan biri necə yoldan çıxıb, pozulsun ki? Bəli, Dorian elə əvvəlcədən daxili olaraq boş bir subyekt idi. Onu məhv edən günahın, zövqün cazibəsi yox, daxili strukturunun olmamasıdır. Belə düşünə bilərik, Dorian əvvəlcə ağ bir lövhə idi, Basil onu estetik idealla, Lord Henry isə zəhərli intellektualizmlə qaralayır. Və elə əsas faciə də budur ki, Dorian heç vaxt özü ola bilmir. Lord Henry demişkən, əsərdə ən çox diqqətimi çəkən obraz olmağı bir kənara, özümü ən yaxın hiss etdiyim personaj da elə Henri idi. Məncə onu, sadəcə hedonist biri kimi görmək xətadır. Adam rəsmən məsuliyyətsizliyin fəlsəfəsini qurur. Hisslərə yox, məntiqə müraciət etməsi Henrinin əsas xüsusiyyətidir və eyni zamanda onu təhlükəli göstərən də elə budur. Bu lord bizə sübut edir ki, əgər nəticə yoxdursa, hər şeyə icazə var. Dorianı günaha təşviq etməsi bir kənara, həm də onun vicdanını məntiq vasitəsilə bir növ iflic edir. Vicdan sadəcə qorxunun daha zərif formasıdır. Gələk, əsas məsələyə. PORTRET. “Vicdanın güzgüsü" … çox bəsit. Portret Dorianın özündən ayırdığı reallığın material formasıdır. Dorian günah işlədiyi üçün portret dəyişmir. Dorian məsuliyyəti portretə yükləyə bildiyi üçün günah işləyir. Bu incə fərq əsərin onurğa sütunudur həqiqətən. İnsan etik davranmır, o, sadəcə nəticələrin üzündə oxunmasından qorxur. Dorian bu qorxunu texniki yolla (portretlə) həll etdiyi an, onun üçün insanlıq sonlanır. Uayld burada "özünü sevməyi" tərifləməkdənsə, onu ifşa edir. Dorian özünü sevmir, o, özünü istehlak edir. Gözəlliyini qorumaq naminə ruhunu, keçmişini və reallığını qurban verir. Bu, narsisizmin ən təmiz və ən təhlükəli formasıdır… özünü qorumağa çalışarkən özünü tükətmək. Narsisizm istehlakı… İntəhası, kitab gözəllik haqqında deyil, özbaşşnalığın, cəzasız qalmağın insanı necə eybəcər, çirkin və iyrənc bir varlığa çevirməsi haqqındadır. Lord Henry Wilde-ın özüdür, yoxsa cəmiyyətin proyeksiya olunmuş kölgəsi?
Dorian Qreyin PortretiOscar Wilde · Qanun Nəşriyyatı · 201998,9bin okunma
·
101 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.