Gönderi

8/10
·352 syf.··
2026 8. kitabı
·
3 günde okudu
·
Okunma: 23 Mart 2026 20:17
Öncə onu qeyd etmək istəyirəm ki, kitabı oxuyarkən karantin vaxtlarına qayıtdım, hətta o günlər üçün darıxdım. Həmin günlərin təsviri oxucuda dejavu hissini yaşatsa da, 15 il sonra oxuyan oxucular bunu tamamilə fərqli qarşılayacaq :(( Kitaba keçsək, mənim üçün olduqca maraqlı idi. Tarixi o qədər də sevməsəm də, Məlik'in danışdıqları mənə maraqlı gəldi, hətta doğru olub-olmadığını öyrənmək üçün tanışlarımdan maraqlanacam. Sonlara doğru bəzi oxucular kitabın maraqsız olduğunu vurğulasalar da, mənə görə elə deyildi. Hətta məncə, kitabın səhifə sayını artırıb, sonluğu bir az daha genişləndirə bilərdi müəlllif. Sonluq demişkən, kitabın sonunu belə gözləmirdim. Tamamilə fərqli sonluqla bitəcəyini düşünürdüm. Düzü, bu şəkildə bitməsi məni sonda təəccübləndirdi, həm də heyifsləndirdi. Fikrimdə tamamilə fərqli şəkildə bitirdim kitabı. Kitabın detektiv kateqoriyasında olması isə məndə bir az maraq doğurdu. Detektiv janrına uyğun bir kitab olduğunu düşünmürəm. Mənə görə daha çox romandır.
SolğunƏşrəf Əşrəfov · Teas Press Nəşriyyatı · 202338 okunma
·
16 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.