Azerbaycan edebiyyatından fantastik mövzuda yazılmış ilk romanı oxudum deyesen. Sözün esl menasında, mükemmel idi. Eserdeki ince detallar insanda reğbet oyadır. Buna baxmayaraq, son hissenin telem-telesik yazıldığını düşünürem. Yene de genc yazıçının ilk eseri teqdir olunmalıdır. Bütün eser boyu beynimde fırlanan tek bir sual var idi. Göresen bu eser, heqiqete dayanaraqmı yazılıb? SolğunƏşrəf Əşrəfov
"Solğun" əsəri fantastik mövzuda yazılmışdır. Diqqəti cəlb edən məqam ondan ibarətdir ki, burada tarixi motivlər yer alıb. Görəsən bu motivlər həqqiqətə söykənir yoxsa sadəcə yazıçı təxəyyülüdür? Bu suala yalnız yazıçı cavab verə bilər. Əsərin sonları tez-tələsik formada yazılıb. Ümid edirəm ki, əsərin II hissəsi oxucuların ixtiyarına verilər. Ümumilikdə yazıçının ilk qələm təcrübəsi olmasına baxmayaraq, pis deyildi.
Fikrimcə heç kitab oxumuyan birisi bəyənə bilər. Lakin təəssüf hissi keçirərək deməliyəm ki, çox sevmədim bu kitabı. Əslində başlanğıc yaxşı idi, amma sonralar sıxdı və vərəqləri çevirmək mənim üçün çətinləşdi...
Məlik'in hekayələrini çox sevdim. Açıqcası azərbaycanlı yazardan çıxan fantastika ünsürlərinə biraz önyarğılıydım. Amma sevdim deyə bilərəm. Yəqin ki ardı da gələcək
İlk əvvəl demək istəyirəm ki,Müəllifin Gəncə şəhərindən kifayət qədər məlumatı yoxdur.Avtobuslarln kartla olması,100 nömrəli avtobus,"ala"dialekti bura məxsus deyil.Taksi sürücüsünün oğlanı döyməsi epizodu isə absurd epizoddur.Kitabın üstündə 18-in əsrin xatirələri yazıb,fəqət bu tarixi hadisələrin heç biri həqiqi materiallara söykənmir,əlavə olaraq o dövrün arxitekturası haqqında heç biri təsviri məlumat yoxdur.Kitabın özündə adını qeyd etdiyi "Vampirlə müsahibə"-Kinosunu xatırlatdı,daha doğrusu xeyli oxşarlıq var.Ümumiyyətlə Məlikin hər qarşısına çıxan adama mən vampirəm deməsi kitabın ən bəyənmədiyim nüansıdır.Onun keçmişi haqqındakı xatirələri müəyyən müddət sonra yorucu olur.Bunu da qeyd etməliyəm ki,Müəllifin istedadı olmadığını iddia edə bilmərəm,sadəcə tövsiyyə edərdim ki,mövzu istiqamətini dəyişsin.Mən kitabı bəyənmədim.Ancaq bu o demək deyil ki,müəllifə mən də özünə qarşı ümid-inam yaratmayıb.
Öncə onu qeyd etmək istəyirəm ki, kitabı oxuyarkən karantin vaxtlarına qayıtdım, hətta o günlər üçün darıxdım. Həmin günlərin təsviri oxucuda dejavu hissini yaşatsa da, 15 il sonra oxuyan oxucular bunu tamamilə fərqli qarşılayacaq :((
Kitaba keçsək, mənim üçün olduqca maraqlı idi. Tarixi o qədər də sevməsəm də, Məlik'in danışdıqları mənə maraqlı gəldi, hətta doğru olub-olmadığını öyrənmək üçün tanışlarımdan maraqlanacam.
Sonlara doğru bəzi oxucular kitabın maraqsız olduğunu vurğulasalar da, mənə görə elə deyildi. Hətta məncə, kitabın səhifə sayını artırıb, sonluğu bir az daha genişləndirə bilərdi müəlllif. Sonluq demişkən, kitabın sonunu belə gözləmirdim. Tamamilə fərqli sonluqla bitəcəyini düşünürdüm. Düzü, bu şəkildə bitməsi məni sonda təəccübləndirdi, həm də heyifsləndirdi. Fikrimdə tamamilə fərqli şəkildə bitirdim kitabı.
Kitabın detektiv kateqoriyasında olması isə məndə bir az maraq doğurdu. Detektiv janrına uyğun bir kitab olduğunu düşünmürəm. Mənə görə daha çox romandır.
salammm, bu kitabı dostumun məsləhəti ilə oxumuşdum. İlk başlarda kitab maraqlı gedirdi, bəyənirdim. amma sonradan maraqsızlaşdı mənim üçün və mən kitabı yarımçıq saxladım
Kitabın tarixi yerlərini bəyəndim sadəcə. Axırları çox qəşəy tez tez oxutdu özünü. Ama ora çatana kimi əstağfrullah əstağfrullah deyə deyə oxuyurdum. Vampir kurgularının uzun müddət üzünə baxmayacağım net. İyrəndim əməlli başlı. Neçə yerdə sırf buna görə kitabı bağlayıb fasilə verdim. Bitirməyi məqsəd qoymuşdum özümə ona görə bitirməyə zorladım özümü. Ama tarixlə əlaqəli hissələri çoxx xoşuma gəldi. Bu bir vampir kitabı olmasaydı, kurt adam, zombi falan da qəbulumdu, sevərdim. Ama gerçekler acıdır. Nifrət elədim Məlikə. Bu qədər :)