Azerbaycan edebiyyatından fantastik mövzuda yazılmış ilk romanı oxudum deyesen. Sözün esl menasında, mükemmel idi. Eserdeki ince detallar insanda reğbet oyadır. Buna baxmayaraq, son hissenin telem-telesik yazıldığını düşünürem. Yene de genc yazıçının ilk eseri teqdir olunmalıdır. Bütün eser boyu beynimde fırlanan tek bir sual var idi. Göresen bu eser, heqiqete dayanaraqmı yazılıb? SolğunƏşrəf Əşrəfov
"Solğun" əsəri fantastik mövzuda yazılmışdır. Diqqəti cəlb edən məqam ondan ibarətdir ki, burada tarixi motivlər yer alıb. Görəsən bu motivlər həqqiqətə söykənir yoxsa sadəcə yazıçı təxəyyülüdür? Bu suala yalnız yazıçı cavab verə bilər. Əsərin sonları tez-tələsik formada yazılıb. Ümid edirəm ki, əsərin II hissəsi oxucuların ixtiyarına verilər. Ümumilikdə yazıçının ilk qələm təcrübəsi olmasına baxmayaraq, pis deyildi.
Fikrimcə heç kitab oxumuyan birisi bəyənə bilər. Lakin təəssüf hissi keçirərək deməliyəm ki, çox sevmədim bu kitabı. Əslində başlanğıc yaxşı idi, amma sonralar sıxdı və vərəqləri çevirmək mənim üçün çətinləşdi...
Məlik'in hekayələrini çox sevdim. Açıqcası azərbaycanlı yazardan çıxan fantastika ünsürlərinə biraz önyarğılıydım. Amma sevdim deyə bilərəm. Yəqin ki ardı da gələcək
İlk əvvəl demək istəyirəm ki,Müəllifin Gəncə şəhərindən kifayət qədər məlumatı yoxdur.Avtobuslarln kartla olması,100 nömrəli avtobus,"ala"dialekti bura məxsus deyil.Taksi sürücüsünün oğlanı döyməsi epizodu isə absurd epizoddur.Kitabın üstündə 18-in əsrin xatirələri yazıb,fəqət bu tarixi hadisələrin heç biri həqiqi materiallara söykənmir,əlavə olaraq o dövrün arxitekturası haqqında heç biri təsviri məlumat yoxdur.Kitabın özündə adını qeyd etdiyi "Vampirlə müsahibə"-Kinosunu xatırlatdı,daha doğrusu xeyli oxşarlıq var.Ümumiyyətlə Məlikin hər qarşısına çıxan adama mən vampirəm deməsi kitabın ən bəyənmədiyim nüansıdır.Onun keçmişi haqqındakı xatirələri müəyyən müddət sonra yorucu olur.Bunu da qeyd etməliyəm ki,Müəllifin istedadı olmadığını iddia edə bilmərəm,sadəcə tövsiyyə edərdim ki,mövzu istiqamətini dəyişsin.Mən kitabı bəyənmədim.Ancaq bu o demək deyil ki,müəllifə mən də özünə qarşı ümid-inam yaratmayıb.