10/10
·628 syf.··
2026 16. kitabı
·
10 günde okudu
·
Okunma: 25 Mart 2026 15:43
Haradan başlayacağımı bilmirəm. Oxuduğum kitabların çoxunu yeni məlumatlar öyrənmək üçün oxuyuram, bu kitab sırf ləzzət almaq üçündür. Bütün personajlarla ayrı-ayrı bağ qurdum. Kitaba 2026-cı ilin əvvəlində başladım, sonra martda yenidən başladım. 20 gün ərzində 500 səhifə oxudum və həddindən artıq sürükləyici idi. Mifologiya və dinlərdən məlumatların verilməsi insanı bezdirmir, əksinə daha da içinə çəkir. Sanki oxuyarkən mən də o ərazilərdə idim, o xarakterlərin necə olduğunu xəyal edirdim. İndi fərq etdim ki, bu kitabı “Altıncı Yuxu”-dan daha çox bəyənmişəm, amma burada rol təkcə hekayə oynamır. Kitab oxuyanda çox qeyd aparmıram, tam olaraq nəyi bəyəndiyimi, amma Şarl Donayhunun məhkəməsi ən maraqlı səhnə idi.
TanatonavtlarBernard Werber · Teas Press Nəşriyyatı · 013 okunma
·
14 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.